Son dəqiqə

Litva

Litvada güclü külək səbəbindən 7 mindən çox sakin işıqsız qalıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Güclü külək Litvada 7 mindən çox istehlakçını elektrik enerjisiz qoyub, hava şəraiti ilə əlaqədar Klaypeda Dövlət Dəniz Limanında gəmiçilik məhdudlaşdırılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Litvanın "LRT" radiosuna Hidrometeorologiya Mərkəzinin nümayəndəsi Yan Vaitkeviç deyib.

"Gecədən sonra 5,5 min istehlakçı hələ də işıqsız qalıb. Lakin səhər saatlarında da külək sakitləşməyib, külək qasırğaya yaxın sürətlə əsməyə davam edib. Zərər çəkən istehlakçıların sayı 7,1 minə çatıb", - deyə o bildirib.

Küləyin sürəti 31 m/s-yə çatıb. Qasırğa ölkənin qərb hissəsinə xüsusilə güclü təsir göstərib. Klaypeda Dəniz Limanı İdarəsi gəmiçiliyi məhdudlaşdırmaq məcburiyyətində qalıb. Dalğanın hündürlüyü 5 metri keçib.

Mövzuya görə xəbərlər