TB3 və KIZILELMA dünya döyüş tarixində inqilab edəcək - Bayraktar

TB3 və KIZILELMA dünya döyüş tarixində inqilab edəcək - Bayraktar

Bakı. TurkicWorld:

TB3 və KIZILELMA dünya döyüş tarixində inqilab edəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.

"Uçuş sınaqları davam edən Bayraktar TB3 SİHA-nı 2024-cü ildə xidmətə hazır vəziyyətə gətirəcəyik. Ötən həftələrdə Bayraktar TB3 SİHA-nın uçuşunu həyata keçirdik, ən qısa zamanda gəmimizə yerləşdirəcəyik və onu xidmətə hazırlayırıq. TB3 SİHA, 2024-cü ildə vəzifəsinə başlayacaq. Sınaq uçuşları uğurlu olan TB3 silahlı pilotsuz uçuş aparatı və “KIZILELMA” dünya hava döyüşü tarixində inqilab edəcək",- deyə o bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_