61 xəstə Qəzza zolağından Misirə gətirildi - Koca

61 xəstə Qəzza zolağından Misirə gətirildi - Koca

Bakı. TurkicWorld:

61 xəstə Qəzza zolağından Misirə gətirildi.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca deyib.

“Bu gün 61 xəstə və 49 onları müşaiət edən şəxs Qəzza zolağından Misirə gətirildi. Xəstələrin səhər saatlarında təyyarə ilə Ankaraya gətirilməsi planlaşdırılır.” – deyə Koca bildirib.

O qeyd edib ki, Qəzzadan olan hər bir xəstənin müalicəsi vicdan borcumuzdur.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

Hafiz Rufizoğlu