Bakı. TurkicWorld:
Şərqi Aralıq dənizində heç bir dövlət təkbaşına dəniz yurisdiksiyasını elan edə bilməz.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Dəniz Qüvvələri Komandanı Admiral Ercüment Tatlıoğlu Dəniz Astsubay Məktəblərinin yaradılmasının 133-cü ildönümü münasibəti ilə Yalovada qatıldığı mərasimdə deyib.
"Cənubi Kipr Rum İdarəsi Kiprin cənubunda, Yunanıstan isə Kritin cənubunda müxtəlif dəniz yurisdiksiyalarını elan edərək, oradakı sərvətlərə təkbaşına sahib çıxmağa çalışır.” – deyə Tatlıoğlu deyib.
O qeyd edib ki, Şərqi Aralıq dənizində Türkiyəyə qarşı qurulan blokadanın ən böyük dəstəkçiləri Fransa və Amerikadır.
Hafiz Rufizoğlu