Fahrettin Altun İsrail polisinin Fələstində TRT jurnalistlərinə hücumunu pisləyib

Fahrettin Altun İsrail polisinin Fələstində TRT jurnalistlərinə hücumunu pisləyib

Bakı. TurkicWorld:

İsrail polisinin Fələstində baş verənləri dünyaya çatdıran TRT Xəbər komandasına qarşı hücumunu qınayırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"İsrail əsgərlərindən tutmuş polisinə qədər bütün silahlı ünsürləri ilə beynəlxalq hüququ pozmağa davam edir və hər hansı qayda və prinsipə məhəl qoymur. Körpələri, qadınları, qocaları, əlilləri, jurnalistləri qətlə yetirməyə davam edən, mətbuat mənsublarının öz vəzifələrini yerinə yetirməsinə mane olan İsrailə qarşı beynəlxalq ictimaiyyətin sərt reaksiya bildirməsi ilə bağlı çağırışımızı təkrar edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrail polisi Qüdsdə bölgədəki hadisələri xəbər verən TRT Xəbər komandasına hücum edərək, silahın lüləsi ilə kameranı sındırıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01