Son dəqiqə

Türkiyə Fələstin İsrail Ömər Çelik AK Parti Qəzza

İsrail polisinin Fələstində TRT Xəbər komandasına hücumunu qınayırıq - Ömər Çelik

Bakı. TurkicWorld:

İsrail polisinin Fələstində baş verənləri dünyaya çatdıran TRT Xəbər komandasına qarşı hücumunu qınayırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik öz rəsmi X sosial media hesabında bildirib.

"İsrail hakimiyyətinin mətbuata qarşı qəzəbi öz cinayətlərinə görə günahkarlıq hissini əks etdirir. Türkiyə İsrailin bəşəriyyətə qarşı cinayətlərini beynəlxalq platformada səsləndirməyə davam edəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, İsrail polisi Qüdsdə bölgədəki hadisələri xəbər verən TRT Xəbər komandasına hücum edərək, silahın lüləsi ilə kameranı sındırıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər