Son dəqiqə

Türkiyə İstanbul Ankara İzmir TEKNOFEST Türkiyə Sənaye və Texnologiya nazirliyi

"81 vilayətdə 100 TEKNOFEST Emalatxanası Layihəsi" ilə Türkiyənin texnologiya ordusu qurulacaq

Bakı. TurkicWorld:

Türkiyənin "81 vilayətdə 100 TEKNOFEST Emalatxanası Layihəsi" ilə texnologiya ordusu qurulacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya nazirinin müavini Zekeriya Coştu açıqlama verib.

"2023-cü ildə Türkiyə Respublikasının 100-cü ildönümündə İstanbul, İzmir və Ankarada TEKNOFEST keçirildi. TEKNOFEST 4 milyon 500 min ziyarətçini qəbul edib. Festival çərçivəsində təşkil etdiyimiz texnologiya yarışlarına 1 milyona yaxın gənc və tələbəmiz müraciət etdi", - deyə o bildirib.

Nazir müavini onu da qeyd edib ki, milli texnologiya hədəfini ancaq texnologiya ordusu yaratmaqla reallaşdırmaq mümkündür.

"Bu baxımdan, quracağımız bu emalatxanalar gənclərimizin texnologiya sahəsində inkişafına xüsusi dəstək olacaq", - deyə o əlavə edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər