Son dəqiqə

Türkiyə Amperino

Türkiyənin ikinci yerli avtomobili Amperino-nun bu gün təqdimatı keçirilib

Bakı. TurkicWorld:

Türkiyənin ikinci yerli avtomobili Amperino bu gün təqdim olunub.

TurkicWorld-un məlumatına görə, Amperinonun ən diqqət çəkən xüsusiyyəti onun Türkiyədə tamamilə yerli olan ikinci elektrik avtomobili olmasıdır.

Amperino, mikro mobillik sinfindədir. Maksimum sürəti 90 kilometrə çatır. Onun enerji doldurma məsafəsi 180 km, tutumu üç nəfər, baqajı isə 370 litrdir. Arxa təkərlərində iki təkərli mühərriki olan bir avtomobildir. Hazırkı mərhələdə avtomobilin qiymət araşdırması hələ ki yoxdur.

2024-cü ildə 10 maşın buraxılacaq. 2025-ci ilə qədər kütləvi istehsal planları var. Hazırda avtomobilin lazımi infrastrukturu hazırlanıb sınaq maşını kimi təhvil veriləcək.

Amperinonun doldurma stansiyalarında şarj müddəti 80 dəqiqə, evdə isə 240 dəqiqəyə bərabərdir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər