Son dəqiqə

Fələstin İsrail Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Qəzza

Qəzzaya humanitar yardımlarımız davam edir - Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzzaya humanitar yardımlarımız davam edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Türkiyə Xarici İşlər Nazirliyi bütün əlaqədar qurumlarla işləyir. Qəzza-Türkiyə Fələstin Xəstəxanası da daxil olmaqla yaralıların müalicəsi üçün çalışırıq. Qəzzadan 27 xəstə və onların yoldaşları Ankaraya gətirildi. Qəzzada səhra xəstəxanasının istifadəyə verilməsi üçün işlərimiz davam edir. Türkiyə olaraq fələstinli qardaşlarımızın haqlı davalarında yanında olmağa davam edəcəyik. Qalıcı sülh üçün iki dövlətli həll vacibdir", - deyə o bildirib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər