Son dəqiqə

Türkiyə İsrail Ömər Çelik AK Parti Qəzza Benyamin Netanyahu

Netanyahu və onun kimilər qırğın siyasətinin davamçılarıdır - Ömər Çelik

Bakı. TurkicWorld:

İsrail Baş naziri Benyamin Netanyahu və onun kimilər qırğın siyasətinin davamçılarıdır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"İsrail administrasiyası minlərlə mülki qadın və uşağı qətlə yetirdi. Məscidləri, kilsələri, xəstəxanaları dağıdaraq bəşər tarixində dəhşətli cinayətlərə əl atdı. Baş nazir Netanyahu və nazir Eli Cohenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan əsassız ittihamları bir gün hesab verəcəkləri cinayətləri ört-basdır etmək cəhdidir", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər