Bakı. TurkicWorld:
Türkiyə Kipr Türk xalqının hüququnu qorumaq üçün addımlar atmağa davam edəcək
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Şimali Kipr Türk Respublikasının (KKTC) yaranmasının 40-cı ildönümü münasibəti ilə KKTC xarici işlər naziri Tahsin Ertuğruloğluna ünvanladığı təbrikdə deyib.
“KKTC-nin yarandığı gündən əldə etdiyi nailiyyətlər millətimiz üçün qürur mənbəyidir. Hər zaman sülh və həll tərəfdarı olduqlarını sübut edən Kipr türklərinin, məruz qaldıqları hüquqi və qeyri-insani məhdudiyyətlərə baxmayaraq, öz suverenliklərindən əl çəkməyəcəklərini hər fürsətdə nümayiş etdirmələri haqq işimizə güc qatır.” – deyə Fidan bildirib.
O qeyd edib ki, Türkiyə KKTC-nin beynəlxalq aləmdə tanınmasını hər zaman öz vəzifəsi hesab edir.
Hafiz Rufizoğlu







