Son dəqiqə

Türkiyə Türkiyə Jandarma Baş Komandanlığı TULGA BMC

Türkiyənin TULGA avtomobili 2025-ci ildə Jandarma idarəsinə təhvil veriləcək (ÖZƏL)

Bakı. TurkicWorld:

British Motors Company (BMC) tərəfindən istehsal edilən Türkiyənin ilk yerli SUV avtomobili TULGA 2025-ci ildə Jandarma idarəsinə təhvil veriləcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"Hazırda TULGA avtomobilinin hədəf auditoriyası jandarma və polisdir. Prototiplərin istehsalı başa çatıb və onlar artıq sınaq mərhələsindədir. Buna görə də sınaq mərhələsi böyük ehtimalla, 2024-cü ilin sonunda başa çatacaq", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, TULGA üstün manevr qabiliyyəti və ballistik qoruma səviyyəsi sayəsində həm təhlükəsizlik, həm də rahatlığı bir arada təqdim edir. Avtomobilin beş nəfərlik daşıma qabiliyyəti və təxminən 8 ton ağırlığı var.

TULGA SUV dörd silindrli dizel mühərrikindən 250 at gücü ilə saatda 130 kilometr sürət yığa bilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər