Ərdoğan Şavkat Mirziyoyevlə görüşüb

Ərdoğan Şavkat Mirziyoyevlə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak etmək üçün Daşkəndə rəsmi səfər edib.

TurkicWorld xəbər verir ki, R.T.Ərdoğan səfər çərçivəsində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Qeyd edək ki, sammitdə regional ticarəti yaxşılaşdıracaq vasitələr müzakirə ediləcək mövzular arasında olacaq. Üzv ölkələr arasında ticarət həcmini 100 milyard dollara çatdırmaq üçün atılacaq addımlar müəyyən ediləcək.

Bundan əlavə, sammit zamanı İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması da müzakirə olunacaq.

X: Lamanasadli01