Bakı. TurkicWorld:
Qəzzada soyqırım törədənlər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış edəcək və bütün bəşəriyyət qarşısında cavab verəcəklər.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç deyib.
"Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İsrail-Fələstin münaqişəsinin həlli üçün lazımi qərar verməlidir. Türkiyə olaraq fələstinli qardaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və münaqişəni dayandırmaq üçün mübarizəmizə davam edəcəyik", - deyə o əlavə edib.
Y. Tunç onu da bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) hökumətlərinin islahatları ilə insan haqları mövzusunda irəliləyişlər əldə edilib.
"Qarşıdakı dövrdə də insan hüquqları sahəsində əldə etdiyimiz nailiyyətləri qoruyub saxlamaqla hazırladığımız “Türkiyə Əsrinin Məhkəmə İslahatı Strategiya Sənədi və İnsan Hüquqları Fəaliyyət Planı", həmçinin Orta Müddətli Proqram və 12-ci İnkişaf Planında düzgün idarəçilik anlayışına uyğun olaraq işimizi qətiyyətlə davam etdirəcəyik", - deyə o vurğulayıb.
Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 10 min 328 nəfərə çatıb.






