Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Ömər Bolat

Türkiyədə elektron ixrac platforması tətbiq ediləcək - Ömər Bolat

Bakı. TurkicWorld:

E-ixrac platforması ilə ixracatçılarımızı rəqəmsal mühitə daşıyacaq və yeni nəsil texnologiyaların istifadə olunacağı milli platformanı tətbiq edəcəyik.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat Elektron İxrac Sammitində çıxışı zamanı bildirib.

"Bu mövzuda həyata keçiriləcək texniki-iqtisadi əsaslandırmalar nəticəsində ixracatçılarımıza ticarətlərini rəqəmsal iqtisadiyyata uyğun qurmalarına dəstək olmağı hədəfləyirik. Ekosistem daxilində e-ixrac məlumatlılığını artırmağı hədəfləyən bu və buna bənzər daha böyük tədbirlərdən əlavə, biz 2024-cü ildə elektron ixracın addım-addım izah edildiyi, ağıllı e-ixrac robotu ilə düzgün bazarı və doğru məhsulu müəyyən edərək rəqib təhlili aparacaq süni intellekt dəstəkli informasiya platformasını işə salacağıq", - deyə o vurğulayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər