Yusufeli Anbarında elektrik enerjisinin istehsal olunacağı tarix açıqlanıb

Yusufeli Anbarında elektrik enerjisinin istehsal olunacağı tarix açıqlanıb

Bakı. TurkicWorld:

Türkiyənin birinci, dünyanın isə beşinci ən yüksək bəndi olan Yusufeli Anbarında ilin sonuna qədər elektrik enerjisi istehsalı planlaşdırılır.

TurkicWorld-un məlumatına görə, Türkiyənin ən hündür bəndi olan Yusufeli Anbarında sınaq işləri uğurla başa çatsa da, ilin sonuna qədər elektrik enerjisinin istehsalı planlaşdırılır.

Artvində Çoruh çayı üzərində inşa edilən, 275 metr hündürlüyü ilə qövs bənd sinifində Türkiyənin birinci və dünyanın beşinci ən yüksək bəndi olan Yusufeli Anbarı və SES-də suyun səviyyəsi yüksəlməyə davam edir.

Məlumat üçün bildirək ki, açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də Artvin şəhərinin Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.

Aytac Süleymanova