Son dəqiqə

Türkiyə Türkmənistan Cevdet Yılmaz

Biz Türkmənistanın təbii qazı və elektrik enerjisinin qlobal bazarlara çatdırılmasında mütləq əməkdaşlıq etməliyik - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

Biz Türkmənistanın təbii qazı və elektrik enerjisinin qlobal bazarlara çatdırılmasında mütləq əməkdaşlıq etməliyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

"Türkmənistan və Türkiyə münasibətləri rəhbərlik səviyyəsində güclü siyasi iradə ilə dəstəklənir, tarixi dərinliyə malikdir və hər aspektdə zənginləşir. İki ölkə arasındakı ticarət son illərdə yaxşı bir artım tendensiyası əldə edib. Hədəfimiz ticarət həcmini 5 milyard dollara çatdırmaqdır və bu hədəfə Türkiyə-Türkmənistan iş dünyasının səyləri və ortaqlıqları ilə ən qısa zamanda nail olunacaq. Türkmənistanda daha bir çox vacib sahə podrat sektorudur. Buna baxdığımız zaman 1 077 layihə və 50 milyard dolları keçən podratçı sektorun həcmini görürük. Bu, çox mühüm rəqəmdir. Bu məbləğ öhdəsinə götürdüyü layihələrin 11 faizini təşkil edir. Türkmənistan, Rusiyadan sonra Türkiyə üçün ikinci ən böyük bazardır. Bu mövzuda uzun bir yol qət etdik",- deyə Cevdet Yılmaz bildirib.

Cevdet Yılmaz qeyd edib ki, Türkmənistan təbii sərvətlərə və qaynaqlara malik bir ölkədir və bu qaynaqlardan əldə etdiyi gəliri yeni şəhərlərə, infrastrukturlara, yollara, sənaye və kənd təsərrüfatına investisiyalar üçün istifadə edir.

"Türkmənistan şirkətlərini Türkiyədə daha çox görməkdən məmnun olarıq. Eyni şəkildə, Türkiyədən Türkmənistana təxminən yarım milyard dollarlıq sərmayə var. Ümid edirik ki, bu, artmağa davam edəcək. Digər çox vacib sahə enerji məsələsidir. Bu mənada Türkmənistanın təbii qazı və elektrik enerjisinin qlobal bazarlara çatdırılmasında mütləq əməkdaşlıq etməliyik.Bir tərəfdən Türkiyə-Türkmənistan, digər tərəfdən isə Azərbaycan. İştirak etdiyimiz üçtərəfli əməkdaşlıq proqramları ilə mütləq enerji sahəsində çox güclü əməkdaşlığa ehtiyacımız var",- deyə vitse-prezident vurğulayıb.

Qeyd edək ki, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.

Mövzuya görə xəbərlər