Son dəqiqə

Türkiyə yanğın

Kastamonuda yanğın baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Kastamonu vilayətində yerləşən Yağcılar kəndində yanğın baş verib.

TurkicWorld-un məlumatına görə, yanğın zamanı 20 ev zərər görüb.

Naməlum səbəbdən baş verən yanğına, yanğınsöndürmə briqadaları müdaxilə edib.

“Baş verən yanğında 20-30 ev yararsız hala düşüb. İnsan tələfatı isə qeydə alınmayıb. Yanğına qurudan və havadan müdaxilə işləri davam edir” – deyə Tosya Bələdiyyə Başçısı Volkan Kavaklıgil deyib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər