Son dəqiqə

Çin Alparslan Bayraktar

Alparslan Bayraktar çinli həmkarı Vanq Quanqhua ilə görüşüb

Bakı, TurkicWorld:

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Çinin paytaxtı Pekində Çin Xalq Respublikasının təbii ehtiyatlar naziri Vanq Quanqhua ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Bayraktar “X” sosial media platformasında məlumat verib.

Məlumata əsasən, Alparslan Bayraktar Pekinə səfəri çərçivəsində ilk görüşünü Çinin ən böyük enerji şirkətlərindən biri olan və artıq Türkiyədə əhəmiyyətli investisiyaları olan SPIC ilə keçirib.

“Ölkəmizin nüvə və bərpa olunan enerji sahələrində davam edən layihələrini müzakirə edərək yol xəritəsini müəyyən etdik”, - deyə Bayraktar bildirib.

Mövzuya görə xəbərlər