Son dəqiqə

Azərbaycan Türkiyə Fransa Milliyyetçi Harekat Partiyası (MHP)

Fransanın Yeni Kaledoniyadakı iğtişaşlara görə Türkiyə və Azərbaycanı günahlandırması qəbuledilməzdir

Bakı. TurkicWorld:

Fransanın Yeni Kaledoniyadakı iğtişaşlara görə Türkiyə və Azərbaycanı günahlandırması qəbuledilməzdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.

Qeyd edək ki, Parisdə Yeni Kaledoniyada 10 il yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səsvermə hüququ verən qanun layihəsinin qəbul edilməsi adada iğtişaşlara səbəb olub. İğtişaşlarda indiyədək 6 nəfər həlak olub.

Fransa hökuməti adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərib.

Yüzlərlə etirazçı həbs edilib, bütün nümayiş və aksiyalar, eləcə də, sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb.

Mövzuya görə xəbərlər