Bakı. TurkicWorld:
"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti 2024-cü ilin sonu üçün gündəlik 100 min barel neft hasil etməyi hədəfləyir.
TurkicWorld xəbər verir ki, bu barədə TPAO-nun sədri Melih Han Bilgin açıqlama verib.
"Qabar dağından hazırda gündəlik 25 min barel xam neft hasil edilir, ilin sonuna qədər bu rəqəmi 35 minə, 2024-cü ilin sonunda isə 100 minə çatdırmağı hədəfləyirik", - deyə o bildirib.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01







