Türkiyədə ağır yol qəzası baş verib: beş ölü, 17 yaralı

Türkiyədə ağır yol qəzası baş verib: beş ölü, 17 yaralı

Bakı. TurkicWorld:

Türkiyədə Tarsus-Adana-Qaziantep (TAG) avtomobil yolunun Qaziantep-Şanlıurfa arasındakı hissəsində ağır yol qəzası baş verib.

TurkicWorld xəbər verir ki, sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində beş nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Məlumata əsasən, dəhşətli qəza nəticəsində mikroavtobus iki hissəyə bölünüb və ətrafdakı vətəndaşların 112 Təcili Zəng Mərkəzinə xəbər verməsi ilə hadisə yerinə çoxlu polis, jandarma, xilasetmə və AFAD qrupları cəlb edilib.

Daha sonra Şanlıurfa-Qaziantep yolu nəqliyyata bağlanıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01