Bakı. TurkicWorld:
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası atəşkəs tələblərini rədd edir və müharibə şurası kimi fəaliyyət göstərir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
"Qəzzada müharibə cinayətləri və qətliam törədilir. Uşaqlar da, qocalar da bu qırğına məruz qalırlar. Bütün bunların dünyanın gözü qarşısında edilir, lakin beynəlxalq təşkilatlar öz üzərinə düşən məsuliyyəti yerinə yetirmir", - deyə o vurğulayıb.
Y.Tunç onu da vurğulayıb ki, Türkiyə bundan sonra da Fələstinə dəstək olmağa davam edəcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
İsrailin Qəzza zolağına etdiyi hücumlarda 1524-ü uşaq olmaqla 3 min 785 nəfər həyatını itirib, ən azı 13 min nəfər yaralanıb.
Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.
Ləman Əsədli
Twitter: Lamanasadli01






