Biz TOGG kimi innovativ qabaqcıl texnologiya təşəbbüslərini həyata keçirməyi hədəfləyirik - Kacır

Biz TOGG kimi innovativ qabaqcıl texnologiya təşəbbüslərini həyata keçirməyi hədəfləyirik - Kacır

Bakı. TurkicWorld:

Biz TOGG kimi innovativ qabaqcıl texnologiya təşəbbüslərini həyata keçirməyi hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

"İctimaiyyət tərəfindən dəstəklənən özəl sektor təşəbbüsü olan TOGG, səmərəlilik, rəqəmsal və yaşıl çevrilmə tətbiqlərinin ən yaxşı nümunələrindən biridir. Önümüzdəki dövrdə TOGG kimi innovativ qabaqcıl texnologiya təşəbbüslərini başlatmağı hədəfləyirik. Biz külək və günəş enerjisi, akkumulyator texnologiyaları, sənaye robotları kimi innovativ qabaqcıl texnologiya təşəbbüslərini inkişaf etdirmək istəyirik. Bir sözlə, rəqəmsal və yaşıl transformasiyanın qovuşduğu yeni texnologiya sahələrində qlobal bazarda söz sahibi olmaq istəyirik",- deyə nazir bildirib.

Nazir Kacır Ankarada keçirilən "Asiya Məhsuldarlıq Təşkilatı (AVT) 64-cü Məhsuldarlıq Mərkəzləri Rəhbərləri Seminarı"nda etdiyi çıxış zamanı qeyd edib ki, son 20 ildə TÜBİTAK-ın dəstək proqramları çərçivəsində yaşıl çevrilmə sahəsində 2 min 200-dən çox layihəyə 5,8 milyard türk lirəsi dəstək vermişik.

"Qısa müddətdə həyata keçirəcəyimiz "Yaşıl Çevrilmə Dəstək Proqramı" ilə sənayenin yaşıl çevrilməsini təmin edəcəyik. eEnerji səmərəliliyinin artırılması, istixana qazı emissiyalarının azaldılması, xammal istehsalının artırılması kimi tətbiqləri qiymətləndirəcəyik. Səmərəlilik sahəsində beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Biz bunun əhəmiyyətinin fərqindəyik. MEXT Texnologiyası ilə Dünya İqtisadi Forumu ilə əlaqəli "Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsi"nə qoşulduq. Mərkəz 2020-ci ilin əvvəlində Türkiyə Metal Sənayeçiləri Birliyi tərəfindən qurulub. Beləliklə, rəqəmsal transformasiyada qlobal tendensiyaları yaxından izləməyimizi təmin edəcək böyük bir addım atdıq, Avropa İttifaqı ilə strateji əməkdaşlıq qurduq",- deyə Mehmet Fatih Kacır əlavə edib.

Kacır vurğulayıb ki, geosiyasi mövqeyimizə görə qitələrarası bir körpü vəzifəsi daşıyırıq. Belə bir Türkiyə öz bölgəsində gücə malikdir və dünyada güclü söz sahibidir.

Qeyd edək ki, Asiya Məhsuldarlıq Təşkilatı tərəfindən hər il bütün üzv ölkələrin iştirakı ilə təşkil edilən və ikiillik proqram planlamasının müzakirə edildiyi, üzv ölkələrin iqtisadiyyatlarının dinamik ehtiyaclarına uyğun araşdırmaların nəzərdən keçirildiyi seminar iki gün davam edəcək.