GÖKDOĞAN və BOZDOĞAN raketlərinin yeni versiyaları hazırlanacaq

GÖKDOĞAN və BOZDOĞAN raketlərinin yeni versiyaları hazırlanacaq

Bakı. TurkicWorld:

GÖKDOĞAN və BOZDOĞAN raketlərinin yüngülləşdirilmiş versiyalarının hazırlanmasına qərar verilib.

TurkicWorld-un məlumatına görə, Türkiyə "hava-hava" tipli raketləri, Silahlı Pilotsuz Uçuş Aparatı (SIHA) avtomobil platformalarına inteqrasiya etməyə hazırlaşır. Bu məqsədlə yeni tipli raketlər hazırlanır.

TÜBİTAK-SAGE tərəfindən hazırlanan Türkiyənin ilk "hava-hava" raketləri olan GÖKDOĞAN və BOZDOĞAN artıq təkcə F-16 platformasında istifadə edilməyəcək.

Türkiyənin müdafiə sənayesi sektoru PUA-lar üçün "hava-hava" raketlərinin inteqrasiyası istiqamətində müəyyən işlər həyata keçirir.

Bu işlər çərçivəsində, GÖKDOĞAN və BOZDOĞAN raketlərinin yüngülləşdirilmiş versiyalarının hazırlanmasına qərar verilib. PUA-lara xas olan GÖKDOĞAN və BOZDOĞAN raket konfiqurasiyalarının inkişaf fəaliyyətləri tamamlandıqdan sonra inteqrasiya fəaliyyətləri başlayacaq.

Digər tərəfdən, ASELSAN tərəfindən hazırlanmış Milli AESA Radar MURAD, sınaq məqsədi ilə bu yaxınlarda AKINCI TİHA-ya inteqrasiya edilib. Sınaqlar tamamlandıqdan sonra AKINCI, MURAD AESA Radarı ilə təsbit edilən hava hədəflərini GÖKDOĞAN və BOZDOĞAN raketləri ilə vura biləcək.

Bütün bu fəaliyyətlər, Türkiyə Müdafiə Sənayesi Başçılığının koordinasiyasında; ASELSAN, BAYKAR və TÜBİTAK-SAGE tərəfindən həyata keçirilir.