Türkiyənin yerli su elektrik stansiyaları xarici asılılığa son qoyaraq ölkə iqtisadiyyatına 117 milyard lirə töhfə verib

Türkiyənin yerli su elektrik stansiyaları xarici asılılığa son qoyaraq ölkə iqtisadiyyatına 117 milyard lirə töhfə verib

Bakı. TurkicWorld:

Türkiyənin yerli su elektrik stansiyaları xarici asılılığa son qoyaraq ölkə iqtisadiyyatına 117 milyard lirə töhfə verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı məlumat verib.

"Türkiyənin Çoruh çayı üzərində tikilən Deriner, Borçka, Muratlı və Artvin bəndləri bu günə qədər 42 milyard 144 milyon kilovat-saat enerji istehsalı ilə ölkə iqtisadiyyatına təxminən 117 milyard lirə töhfə verib. Çoruhun "4 boyunbağı" olaraq xarakterizə edilən Deriner, Borçka, Muratlı və Artvin anbarları və SES-lərdən tədarük edilən ümumi enerji miqdarı 42 milyard 144 milyon kilovat-saatdır. Çoruh çayı üzərində qurulan və kateqoriyasında Türkiyənin birinci, dünyanın isə beşinci ən yüksək bəndi olan Yusufeli anbarı və SES-də elektrik istehsalı üçün sınaq işləri davam edir. Yusufeli anbarında elektrik istehsalının başlaması, ölkə iqtisadiyyatına hər il, təxminən, 6 milyard dollar qatqı təmin edəcək",- deyə nazir bildirib.

Məlumat üçün bildirək ki, açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də Artvin şəhərinin Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.