Son dəqiqə

Türkiyə BMT Rəcəb Tayyib Ərdoğan Antonio Quterreş

Ərdoğan BMT Baş katibi ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, danışıq zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımlar müzakirə edilib.

Türkiyənin vasitəçilik səyləri ilə bölgəyə günahsız mülki şəxslərə humanitar yardımın çatdırılması üçün edilə biləcək işlər qiymətləndirilib.

Ərdoğan qeyd edib ki, tərəflər təmkinli davranmalı və impulsiv addımlardan qaçmalıdırlar.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər