Azərbaycan Kapital Bank

Kapital Bank yaxında manat istiqrazları yerləşdirməyi düşünür - Fərid Hüseynov

Bakı. TurkicWorld:

Kapital Bank yaxında manat istiqrazları yerləşdirməyi düşünür.

TurkicWorld xəbər verir ki, bunu mətbuat konfransı zamanı Kapital Bankın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.

“Yaxın zamanda manat istiqrazları buraxacağıq. İstiqrazların illik faiz dərəcəsi 10 faiz olacaq. Bazarın tələbatı analiz edildikdən sonra 100 milyon manata qədər yerləşdirməyi düşünürük. İlk tranş - 50 milyon manat olaraq planlaşdırılır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Kapital Bank Azərbaycanda istiqraz bazarının inkişaf etdiyini və önəmli olduğunu görür.

“Biz bu istiqamətin genişləndirilməsində öz rolumuzu görürük. Biz dollar istiqrazları buraxdıq. Dollar istiqrazlarının 82 faizi fiziki şəxlər tərəfindən əladə olunub. Bu, onu göstərir ki, əhalinin innovasiyalara marağı var”, deyə o bildirib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər