Bakı. TurkicWorld:
Türkiyənin 77 vilayətində silah qaçaqmalçılarına və sənədsiz silah gəzdirənlərə qarşı “Mercek-19” əməliyyatı keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya X sosial media hesabında açıqlayıb.
Məlumata əsasən, əməliyyat nəticəsində 1 877 silah müsadirə edilib, 2 min 89 şübhəli barəsində tədbir görülüb.
"Terror təşkilatlarına, mütəşəkkil cinayət qruplarına, şəhər quldurlarına, beynəlxalq kartellərə çevrilmiş narkotik tacirlərinə, beynəlxalq təşkilatlanmış immiqrant qaçaqmalçılarına lisenziyasız silah verənləri bir-bir tutaraq məsuliyyətə cəlb etməyə davam edəcəyik", - deyə Yerlikaya qeyd edib.







