Bakı. TurkicWorld.
Biz Türkiyə ilə intensiv iqtisadi əməkdaşlıq qurmaq istəyirik.
TurkicWorld-un məlumatına görə, bu sözləri Avstriya baş naziri Karl Nehammer, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransı zamanı deyib.
"Türkiyədə sənayenin yaradıcılığı və tədqiqatda əldə edilən irəliləyiş məni çox heyrətləndirib. Biz Türkiyə ilə sıx iqtisadi əməkdaşlıq qurmaq istəyirik, buna böyük əhəmiyyət veririk",- deyə baş nazir bildirib.
Qeyd edək ki, Avstriyanın baş naziri Karl Nehammer bu gün Türkiyədə rəsmi səfərdədir.