Son dəqiqə

Türkiyə Şimali Kipr Türk Respublikası Cevdet Yılmaz Ünal Üstel

Cevdet Yılmaz KKTC Baş naziri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz AK Partiyanın IV Fövqəladə Böyük Qurultayında iştirak etmək üçün Türkiyədə səfərdə olan Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ilə görüşüb.

TurkicWorld xəbər verir ki, tərəflər İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolunun təfərrüatları, Yeni Ercan Hava Limanının sərnişin tutumunun artırılması, Türkiyədən sualtı yolla Şimali Kiprə elektrik nəqli və s. kimi məsələləri müzakirə edib.

Bundan əlavə, görüş çərçivəsində Şimali Kiprin beş illik İnkişaf Planının icrası, bölgə ilə bağlı səhiyyə, təhsil və geosiyasi məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, 7 oktyabr tarixində Ankara Arenada Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AK Parti) IV Fövqəladə Qurultayı keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər