Son dəqiqə

Türkiyə qəza Qaziantep

Qaziantepdə ağır yol qəzası baş verib: beş ölü, 17 yaralı

Bakı. TurkicWorld:

Türkiyənin Qaziantep şəhərində yük maşını işıqforun qırmızı işığında gözləyən avtomobillərə çırpılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qaziantep valiliyi açıqlama verib.

İlkin məlumata əsasən, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürən cəlb edilib.

Qəza nəticəsində beş nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Yol avtomobillərin hərəkəti üçün bağlanıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər