Türksat Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

Türksat Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

Bakı. TurkicWorld:

Türksatın Beynəlxalq Astronavtika Federasiyasına (IAF) üzvlüyü yekdilliklə qəbul edilib.

TurkicWorld-un məlumatına görə, Bakıda dünyanın aparıcı kosmik agentlikləri, şirkətləri, elmi-tədqiqat müəssisələri və institutları da daxil olmaqla, 77 ölkədə 513 üzvü olan dünyanın ən böyük kosmik təşkilatlarından biri olan İAF-ın Baş Assambleyası keçirilib.

Federasiyanın bütün üzvlərinin iştirak etdiyi ümumi yığıncaqda Türksat adından baş menecer Hasan Hüseyn Ertok iştirak edərkən, şirkətin Federasiyaya üzvlüyü yekdilliklə qəbul edilib.

Qeyd edək ki, IAF 1951-ci ildə sənayenin aparıcı aerokosmik və müdafiə təşkilatlarından biri kimi yaradılıb. Bütün qlobal kosmos aktyorlarının bir araya gəldiyi hər il keçirilən Beynəlxalq Astronomiya Konqresinə ev sahibliyi edən IAF-a üzv olmaq, xüsusilə, beynəlxalq əməkdaşlığın artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, TÜRKSAT 6A-nın layihə müqaviləsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 15 dekabr 2014-cü il tarixində TÜBİTAK və TÜRKSAT arasında imzalanıb.