Türksat milyonlarla sənədi rəqəmsallaşdırır

Türksat milyonlarla sənədi rəqəmsallaşdırır

Bakı. TurkicWorld:

Türkiyənin Türksat şirkəti təqdim etdiyi rəqəmsal arxiv xidməti ilə bütün açıq faylları, sənədləri və rəqəmsallaşmaya uyğun hər cür materialı rəqəmsal mühitə köçürür.

TurkicWorld xəbər verir ki, bütün rəqəmsallaşdırılmış məlumatlar elektron şəkildə, bir nöqtədən, asanlıqla, tez əldə edilə bilən, yenilənmiş və paylaşıla bilən şəkildə hazırlanır.

Türksatın rəqəmsal arxiv xidməti ilə dövlət qurumlarında, xüsusilə bələdiyyələrdə, kitabxanalarda, xəstəxanalarda və özəl qurumlarda arxiv işlərinə sərf olunan səy, vaxt və xərclər minimuma endirilir.

Bundan əlavə, rəqəmsal arxiv xidməti yüzlərlə qurum tərəfindən istifadə olunur və beləliklə, yanğın, sel, zəlzələ kimi fəlakətlər zamanı hər cür sənədlər qorunur.

X: Lamanasadli01