Türkiyədə Müdafiə və Aviasiyada Əməkdaşlıq Günləri keçiriləcək

Türkiyədə Müdafiə və Aviasiyada Əməkdaşlıq Günləri keçiriləcək

Bakı. TurkicWorld:

17-19 aprel tarixlərində Ankarada Müdafiə və Aviasiyada Sənaye Əməkdaşlıq Günləri (ICDDA) keçiriləcək.

TurkicWorld xəbər verir ki, Türksat şirkətinin kommunikasiya dəstəyi ilə ATO Congresium-da keçiriləcək beynəlxalq tədbir Müdafiə Sənayesi İdarəsi, Milli Müdafiə və Ticarət nazirliklərinin dəstəyi və OSTİM Müdafiə və Aviasiya Klaster Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbir istehsalçılar və alıcılar üçün təchizat zənciri yönümlü əməkdaşlıq etmək və biznes imkanlarını üçün vacibdir.

Müdafiə və Aviasiyada Sənaye Əməkdaşlığı Günlərində bir çox ölkənin Türkiyədəki səfirləri, hərbi və ticarət attaşeləri, dövlət rəsmiləri və şirkət nümayəndələri iştirak edəcək.

X: Lamanasadli01