“İnkişaf Yolu” layihəsi ilə Türkiyənin və Orta Dəhlizin yük potensialını artırmağı hədəfləyirik - Uraloğlu

“İnkişaf Yolu” layihəsi ilə Türkiyənin və Orta Dəhlizin yük potensialını artırmağı hədəfləyirik - Uraloğlu

Bakı. TurkicWorld:

“İnkişaf Yolu” layihəsi ilə Türkiyənin və Orta Dəhlizin yük potensialını artırmağı hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qazaxıstanın paytaxtı Astanada keçirilən "6-cı Beynəlxalq Qazaxıstan Nəqliyyat və Logistika Biznes Forumu"nda çıxışı zamanı deyib.

"Mərkəzi Dəhlizinin mühüm hissəsini tamamlayan Bakı-Tbilisi-Qars Dəmir Yolu Layihəsinin nəqliyyat sahəsində yeni bir dövrə başlamışıq. Bu xətlə biz, ölkəmizdən, xüsusən də Qərbdə - Avropanın bir çox yerində, o cümlədən Bolqarıstan, Macarıstan, Almaniya, Avstriya, Polşa, Rumıniya, Çexiya, Slovakiya, Serbiya və Fransa, Şərqdə isə - İran, Əfqanıstan və Pakistana, Şimalda - Rusiyaya, Orta Asiyada - Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Çinə yük qatarlarını idarə edirik",- deyə Uraloğlu bildirib.

Abdulkadir Uraloğlu qeyd edib ki, 2022-ci ildə Avropa ilə Çin arasındakı ticarət dəyəri 800 milyard dollar idi və bu həcm artmağa davam edir. Həm son hadisələrlə əlaqədar, Şimal dəhlizin əvəzinə Orta Dəhlizdən istifadə etmək istəyi, həm də artan ticarət həcmi Orta Dəhlizdə yük daşımalarının həcmini artırmaq üçün tarixi fürsət yaradır.

"Ölkəmiz qısa, orta və uzunmüddətli perspektivdə Mərkəzi Dəhliz marşrutunu inkişaf etdirmək və təkmilləşdirmək əzmindədir. Buna nail olmaq üçün biz böyük layihələr həyata keçirməklə həm Yaxın Şərq, həm də Afrika qitəsi ilə birgə layihələr hazırlamağa diqqət yetirmişik. 2053-cü il "Milli Baş Planı"mıza uyğun olaraq sərmayələrimizi davam etdirməklə yanaşı, Bəsrə körfəzini Türkiyə üzərindən Avropa və Asiyaya birləşdirəcək “İnkişaf Yolu” layihəsi ilə ölkəmizin və Orta Dəhlizin yük potensialını artırmağı hədəfləyirik",- deyə nazir vurğulayıb.

Məlumat üçün bildirək ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, "İnkişaf Yolu Layihəsi"nin 2028-ci ildə tamamlana biləcəyini söyləyib.

Aytac Süleymanova

Twitter: a_alieva_