Son dəqiqə

Türkiyə Adıyaman Kahramanmaraş Şanlıurfa Türkiyə Sənaye və Texnologiya nazirliyi Malatya Mehmet Fatih Kacır

Zəlzələ bölgələrində yeni sənaye sahələri qurulacaq - Kacır

Bakı. TurkicWorld:

Zəlzələ bölgələrində yeni sənaye sahələri qurulacaq.

TurkicWorld-un məlumatına görə, Türkiyə Sənayə və Texnologiya naziri Mehmet Fatih Kacır zəlzələdən təsirlənən 4 bölgədə qurulacaq yeni sənaye sahələrini açıqlayıb.

“Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərarla zəlzələ bölgəmiz olan Adıyaman, Malatya, Kahramanmaraş və Şanlıurfa vilayətlərində ümumi sahəsi 2 min 826 hektar olan yeni sənaye sahələri quracağıq. Yaranacaq sənaye sahələri təkcə regionun deyil, Türkiyənin inkişaf prosesinə mühüm töhfələr verəcək və minlərlə vətəndaşımıza məşğulluq imkanları təqdim edəcək.” – deyə nazir bildirib.

TurkicWorld yaradılacaq sənayə sahələrini təqdim edir:

Adıyaman:

“Kayaönü Sənaye Məhəlləsi” üçün 49 hektar;

Kahramanmaraş:

“Alibeyuşağı Sənaye Məhəlləsi” üçün 108 hektar;

“Dulkadiroğlu Çınarlı 1 Sənaye Məhəlləsi” üçün 235 hektar;

"Dulkadiroğlu Çınarlı 2 Sənaye Məhəlləsi" üçün 368 hektar;

"Dulkadiroğlu Halkaçayır Sənaye Bölgəsi" üçün 146 hektar;

"Urumoğlu Sənaye Bölgəsi" üçün 48 hektar;

"Pazarcık Yol kənarı Sənaye Bölgəsi" üçün 11 hektar;

Malatya:

“Battalgazi Çörəkçi Sənaye Bölgəsi" üçün 190 hektar,

"Köhnə Battalgazi Sənaye Bölgəsi" üçün 3 hektar

Şanlıurfa:

Akçakale Sənaye Bölgəsi" üçün 295 hektarlıq sahə istifadə olunacaq.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər