Son dəqiqə

Türkiyə Van

Türkiyənin ən böyük bərələri Van gölündə nəqliyyatı sürətləndirib

Bakı. TurkicWorld:

Bitlisin Tatvan rayonunda inşa edilən, “İdris-i Bitlisi” və “Sultan Alparslan” adlandırılan bərələr, Van gölündə yük daşımalarını canlandırıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Nəqliyyat və infrastruktur nazirliyi, ən böyük duzlu və sodalı göl olan Van gölündə nəqliyyatı stimullaşdırmaq üçün 135 metr uzunluğunda iki bərə inşa etdirib.

Tatvandakı gəmiqayırma zavodunda tamamlanan 24 metr enində, 7 mərtəbəli bərələrə 2 təkərxana, hər biri 125 metr uzunluğunda cəmi 500 metr olan 4 yan-yana dəmir yolu, kafe və restoranlar kimi bölmələr daxildir.

Hər biri 2 min ton yük və 350 sərnişin daşımaq qabiliyyətinə malik bərələr, köhnə bərələrə nisbətən daha yüksək sürəti və daha çox yük daşıması ilə Van gölü üzərindən daşımaları sürətləndirib.

2018-ci ildə Van gölünə buraxılan, bu günə qədər həyata keçirilən 191 səfərlə və bərələrlə üzməyə başlayan 91 min 418 vaqonla, 2 milyon 192 min 631 ton, ümumi isə 4 milyon 2 min 898 ton yük, 7 min 243 sərnişin və 2 min 734 nəqliyyat vasitəsi daşınıb.

Yüklə dolu vaqonlar Vandan qatarlarla İran vasitəsilə Orta Asiya ölkələrinə göndərilir.

Mövzuya görə xəbərlər