Yusufeli Anbarında elektrik enerjisi istehsalı üçün sınaqlar davam edir

Yusufeli Anbarında elektrik enerjisi istehsalı üçün sınaqlar davam edir

Bakı. TurkicWorld:

Yusufeli Anbarında elektrik enerjisi istehsalı üçün sınaqlar davam edir.

TurkicWorld-un məlumatına görə, 275 metr hündürlüyü ilə qövs bənd sinfində Türkiyənin birinci, dünyanın isə beşinci ən yüksək bəndi olan Artvində Çoruh çayı üzərində inşa edilən Yusufeli Anbarı və SES-də suyun səviyyəsi 196 metri keçib.

Bənd gölündə yığılan suyun miqdarı 1 milyard 700 milyon kubmetrə çatarkən, elektrik enerjisi istehsalı üçün nəzərdə tutulmuş üç aqreqatdan biri yaş sınaq istehsalı üçün dövrəyə başlayıb.

Görülən işlər haqqında məlumat verən Yusufeli Anbarı və SES şöbə müdiri Sezai Yıldız qeyd edib ki, qısa müddətdə elektrik enerjisi istehsalı üçün əvvəlcə sınaq, sonra isə daimi istehsala başlayacağıq.

"Bu gün Yusufeli bəndində ümumilikdə 1 milyard 700 milyon su yığılıb. Ümumi su hündürlüyü 196 metrdir. Eyni zamanda, hazırda üçüncü blokda sınaq mərhələsindəyik. İstehsalın və daimi istehsalın təmin edilməsi üçün bütün işlər iş qrafikinə uyğun olaraq davam etdirilir. Enerji ötürücü sistemlər və paylayıcı qurğular, burada hasil edilən enerji milli xəttə birləşdiriləcək və enerji verilməyə hazır olacaq",- deyə Sezai Yıldız bildirib.

Məlumat üçün bildirək ki, açılışı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2022-ci ilin noyabr ayının 22-də Artvin şəhərinin Çoruh çayı üzərində gərçekləşdirilən Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.