Son dəqiqə

Fəxrəddin Altun Ankara Türkiyə Daxili İşlər Nazirliyi

Vətəndaşlarımızı dezinformasiyalara inanmamağa çağırırıq - Fəxrəddin Altun

Bakı. TurkicWorld:

Vətəndaşlarımızı dezinformasiyalara inanmamağa çağırırıq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
"Bütün oxşar proseslərdə olduğu kimi, bu gün də vətəndaşlarımızdan dezinformasiya fəaliyyətlərinə qarşı həssas olmalarını və rəsmi mənbələrdən verilən məlumatlara inamla yanaşmalarını xahiş edirik. Mətbuatımızın mövzu ilə bağlı xəbər fəaliyyətini məsuliyyət hissi ilə davam etdirməsinin vacibliyini bir daha vurğulamaq istərdik. Terrorla mübarizəmizi hər sahədə davam etdirəcəyik",- deyə Altun bildirib.
Qeyd edək ki, bu gün Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

Aytac Əliyeva

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər