Son dəqiqə

Ankara Türkiyə Daxili İşlər Nazirliyi

Lazımi təhlükəsizlik tədbirləri görüləcək - Ankara Polis İdarəsi

Bakı. TurkicWorld:

Türkiyə Qızıl Aypara və Təhlükəsizlik Baş İdarəsi ətrafında baş verən şübhəli paket hadisələri ilə bağlı lazımi təhlükəsizlik tədbirləri görüləcək, nəzarətli partlayışlar bomba zərərsizləşdirmə qrupları tərəfindən həyata keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Ankara Polis İdarəsi məlumat yayıb.

“İctimaiyyətə hörmətlə bildiririk ki, vətəndaşlarımız panikaya düşməsinlər”, - deyə Ankara Polis İdarəsindən bildirilib.

Qeyd edək ki, bu gün Ankarada saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn iki terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər