Bakı. TurkicWorld:
Ankarada terror aktı törədilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, hücum zamanı terrorçular Rusiya istehsalı RPO-A Shmel raketatanından istifadə edib.
"Saat 09.30 radələrində Daxili İşlər Nazirliyimizin Mühafizə Baş İdarəsinin giriş qapısının qarşısına yüngül ticari avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib."
O qeyd edib ki, yanğın zamanı 2 polis yüngül xəsarət alıb.
Hafiz Rufizoğlu