Son dəqiqə

Numan Kurtulmuş TUSAŞ terror aktı

Hücumun Ərdoğanın Rusiyaya səfəri zamanı edilməsi təsadüfi deyil – Kurtulmuş

Bakı,TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyadakı görüşləri zamanı TUSAŞ-a terror hücumu edilməsi təsadüfi deyil.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Numan Kurtulmuş Etlik Şəhər xəstəxanasında yaralıları ziyarət edərkən deyib.

Türkiyənin müdafiə sənayesində xüsusi əhəmiyyət daşıyan TUSAŞ-a edilən bu hücumun sıradan bir terror hadisəsi olmadığını bildirən Kurtulmuş milli birliyin əhəmiyyətini vurğulayaraq, 85 milyon vətəndaşın ortaq duruş sərgilədiyini bildirib.

Xatırladaq ki, dünən Türkiyənin paytaxtı Ankarada TUSAŞ-a qarşı terror aktı törədilib. Hücum nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. BRİCS sammitində iştirak etmək üçün Rusiyanın Kazan şəhərinə səfər edən Ərdoğan səfərini yarımçıq qoyaraq Türkiyəyə qayıdıb.

Mövzuya görə xəbərlər