Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM təyyarə qəzası Türk Hərbi Hava Qüvvələri

Türkiyə şəhid olan hərbçilərini son mənzilə yola salıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsində şəhid olan Türk Hava Qüvvələri personalları ölkənin müxtəlif bölgələrində son mənzilə yola salınıb. Şəhid pilotlar və heyət üzvləri üçün Bursa, Kayseri, Ankara, Eskişehir, Karabük, Amasya, Niğde, Tekirdağ, Sakarya, Muğla, Samsun, Kırklareli, Çorum, Bilecik və Konya şəhərlərində rəsmi hərbi mərasimlər keçirilib.

TurkicWorld xəbər verir ki,Yenişehir Hava Meydan Komandanlığında baş tutan vida mərasimində şəhid pilotlar Serdar Uslu və Ramazan Yağız ehtiramla yad edilib. Ankara Ahmet Hamdi Akseki Camisində keçirilən ümumi mərasimə yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən TBMM sədri Numan Kurtulmuş və hərbi komandanlıq qatılıb.

Şəhidlərin dəfn mərasimlərində ailələr, yaxınlar, hərbçilər və minlərlə vətəndaş iştirak edib. Müdafiə Nazirliyi şəhidlərin xatirəsinin daim yaşayacağını vurğulayıb.

Mövzuya görə xəbərlər