Bakı, TurkicWorld
Ankara Böyükşəhər Bələdiyyəsi terror hücumu səbəbilə Respublika Bayramı tədbirlərini ləğv edib
TurkicWorld xəbər verir ki, Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) 29 Oktyabr Respublika Bayramı ilə əlaqədar planlaşdırılan tədbirlərin, Türk Hava və Kosmik Sənaye Anonim Şirkətinə (TUSAŞ) qarşı törədilən terror aktı səbəbindən ləğv edildiyini açıqlayıb
Ankara Böyükşəhər Bələdiyyəsinin açıqlamasında qeyd edilib: "Kahramankazan rayonumuzda törədilən terror aktı səbəbindən Respublika Günü çərçivəsində keçiriləcək bütün tədbirlər ləğv edildi. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirik."
Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin paytaxtı Ankarada baş vermiş terror aktında 5 nəfər həlak olub, 22 nəfər isə yaralanıb.