BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11–12 dekabr 2025-ci tarixlərində “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün Türkmənistana səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran sosial şəbəkə hesabında yayıb.
Duran bildirib ki, səfər BMT Baş Assambleyasının 2025-ci ili “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan etməsi və Türkmənistanın daimi neytrallıq statusunun 30-cu ildönümü münasibətilə təşkil olunan forum çərçivəsində həyata keçiriləcək.







