Bakı, TurkicWorld
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin Misirə tekstil məhsulları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 33,9 faiz artaraq, 448 milyon 646 min 93 dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə Misirə 43 milyon 883 min 36 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 41,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq, 9 milyard 495 milyon 712 dollara bərabər olub.
“2024-cü ilin dekabr ayında Türkiyə 782 milyon 578 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 2,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 9 milyard 495 milyon 712 dollar məbləğində tekstil məhsulları ixrac edib.