Son dəqiqə

İsveç Ömər Çelik AK Parti

İsveçdəki təxribat Türkiyə Cümhuriyyətinin dəyərlərinə qarşı yönəlib - Ömər Çelik

Bakı. TurkicWorld:

İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyi qarşısında prezident Ərdoğana edilən çirkin hücum, Türkiyə Cümhuriyyətinin dəyərlərinə qarşı yönəlib.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.

"Prezidentimizi hədəf alan hücumlar Türkiyə Cümhuriyyətinin dəyərlərinə qarşı edilib. Stokholmdakı səfirliyimiz yaxınlığında prezidentimizi hədəf alan çirkin hücumu pisləyirik. Bu hücumlara görə məsuliyyəti İsveç rəsmiləri daşıyır. Nifrət cinayətlərinin və terror təbliğatının demokratik dəyərləri təhdid etməsinə yol verilə bilməz. İsveç hakimiyyəti nifrət cinayətlərini və terror təbliğatını dayandırmalıdır. Prezidentimizə və Türkiyə Cümhuriyyətinin dəyərlərini hədəf alan bütün hücumlara qarşı qətiyyətlə mübarizəmizi davam etdirəcəyik. Bu hücumları edənlər də, onları qoruyanlar da eyni çirkinliyin bir parçasıdır. Bu mentalitetlə mübarizə demokratik dəyərləri qorumaq üçün məcburidir",- deyə Ömər Çelik bildirib.

Qeyd edək ki, dünən Türkiyənin Stokholmdakı səfirliyi qarşısında polisin mühafizəsi altında prezident Rəcəb Tayyib Ərdoğanın maketi yandırılaraq təxribat təşkil edilib.

Mövzuya görə xəbərlər