Son dəqiqə

Türkiyə İsrail Ömər Çelik

İsrailin bəyanatları hökumətin törətdiyi qırğınları örtməyə çalışır

Bakı. TurkicWorld:

İsrailin bəyanatları hökumətin törətdiyi qırğınları örtməyə çalışır.

TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya sözçüsü Ömer Çelik deyib.

“İsrail xarici işlər nazirinin Türkiyə prezidentini hədəf alan bəyanatı İsrail hökumətinin törətdiyi qırğınları ört-basdır etmək cəhdidir” – deyə Çelik bildirib.

O qeyd edib ki, İsrail etdiklərinə görə qanun qarşısında cavab verəcəklər.

Məlumat üçün qeyd edək ki, İsrailin xarici işlər naziri Yisrael Katz X sosial media platformasında prezident Rəcəb Tayyib Ərdoğan və HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyənin fotosunu paylaşaraq böhtan dolu şərhlər edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər