Son dəqiqə

Türkiyə TPAO Van

Vanda yeni neft quyusu qazılacaq

Bakı. TurkicWorld:

Türkiyənin Van vilayətində yerləşən Körkandil dağında yeni neft quyusu qazılacaq.

TurkicWorld xəbər verir ki, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti açıqlama verib.

Məlumata əsasən, bu ilin sonu və ya gələn ilin əvvəlində Körkandil dağında quyunun qazılacağı və qazma işlərinin 3 min metr dərinliyi keçəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyənin Siirt, Batman və Şırnak vilayətlərində neft kəşfiyyatı işləri davam edir. 2022-ci ilin dekabrında Şırnakın Qabar dağında 150 milyon barrel neft ehtiyatı aşkar edilən Şehit Esma Çevik (ŞEÇ) Neft Yatağının ehtiyat dəyərinin təxminən 12 milyard dollar olduğu açıqlanıb.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər